Azərbaycanda uşaq bağçasında GÜCLÜ YANĞIN
Göygöl rayonunda uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) yerləşdiyi ümumi sahəsi 400 m² olan birmərtəbəli binada yanğın olub.
ARANTV.AZ Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

