Siyasət 

Spiker: “Biz savadlı vəkil korpusunun formalaşmasında maraqlıyıq”

“Mən sizinlə razı deyiləm. Əhali kimdir. Onlar dövlətin vətəndaşıdır. Biz də istəyirik ki, vəkillər savadlı olsun”.

ARANTV.AZ  xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafanın “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişkilirlə bağlı çıxışı zamanı vəkillərin fəaliyətinin məhdudlaşdırılması ilə bağlı  səsləndirdiyi  fikirlərə mövqeyini açıqlayarkən deyib.

Qeyd edək ki, F. Mustafa  vəkil olmaq istəyən şəxslər üçün şərtlərin daha da asanlaşdırılmasını təklif edib.

Parlament sədri deyib ki, biz də vəkillərin savadlı olamsını istəyirik: “Vəkilin savadı olmasın, amma  müştərisi bol olsun. Niyə görə savadı olmamalıdır. Zəhmət çəkib hazırlaşsın və növbəti ilə sənəd versin. Biz savadlı vəkil korpusunun formalaşmasında maraqlıyıq”.

Deputat Aytən Mustafayeva da vəkillərin savadlı olmasının zərurliyini qeyd edib:

“Vəkillər savadlı olmalıdır. Biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməliyik. 1000 vəkildən 800-ünün  savadsız olmasını  istəmirik. Az olsun, ancaq savadlı olub, müştəriyə keyfiyyətli xidmət göstərsinlər”.

Vəkillərin sayının azlığından şikayətlənən deputat bildirib ki, ilk olaraq vəkillərin nüfuzunun artırılması istiqamətdə işlər görməliyik.


Ölkə.Az

Daha çox xəbərlər