ATƏT sədri Azərbaycana səfər edəcək
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçakın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün mart ayın birinci yarısında Azərbaycana və Ermənistana səfəri gözlənilir.
ARANTV.AZ-ın xəbərinə görə, bu barədə M.Layçak Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla apardığı danışıqların yekununa həsr olunan mətbuat konfransında deyib.
O, həm rəsmi Bakıdan, həm də İrəvandan səfər üçün dəvət aldığını bildirib.
Qeyd edək ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılan münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.
Daha əvvəl bildirilirdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.
Ölkə.Az

