Sosial 

Vaxtından əvvəl doğulmuş uşaqlar müayinə edilməldir

“Vaxtından əvvəl doğulmuş uşaqlarda əmmə refleksi olmadığından bəzən zond vasitəsi ilə qidalandırılırlar. Amma həmin uşaqlar üçün ana südü də çox vacibdir. Ana südü uşaqlarda mədə-bağırsaq problemi yaratmır”.

ARANTV.AZ xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, bəzən vaxtından əvvəl doğulmuş uşaqlarda gözün torlu qişasında problem olur: “Hətta korluqla nəticələnir. Valideynlər belə problem yaşamamaq üçün körpələri müayinədən keçirməlidirlər. Ümumiyyətlə, vaxtından əvvəl doğulmuş uşaqlar müayinə edilməldir”.

Daha çox xəbərlər