Sosial 

Tovuzda amansızlıqla öldürülən Nərminin anası hamilədir

Ötən il Tovuz rayonunun Dondar Quşçu kəndində zorlandıqdan sonra amansızlıqla yandırılan 10 yaşlı Nərmin Quliyevanın anası Aynurə İsmayılova hamilədir.

News24.az-ın məlumatına görə, A.İsmayılovanın üçüncü övladı dünyaya gələcək.

O, açıqlamasında faktı təsdiqləyib.

A.İsmayılova bildirib ki, yeni doğulacaq körpəsi yeddi aylıqdır: “Biz düşünmüşdük ki, qız olsa adını Nərmin, oğlan olsa Nadir qoyacağıq. Həkimlər ultrasəs aparatı ilə baxıb, oğlan olduğunu dedilər”.

Qeyd edək ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti yanvarın 6-da saat 19:30-da Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

Daha çox xəbərlər