Cəmiyyət 

“Keçəlləşməni özünə dərd edənlər…”: Oğuzhan Çalışkan

Uzun illərdir ki, insanlar keçəlləşmənin qarşısını almaq üçün müalicəvi dərmanlardan, şampunlardan, yağlardan və bir çox üsullardan istifadə edirlər. Amma heç bir nəticə əldə olunmayıb. Son bir neçə ildə isə keçəl başlara tük əkilməsi dəb halını alıb. Bu isə hər yerdə müsbət nəticə vermir. Bir çox insanlar saç əkilməsi əməliyyatına qeyri-real baxırlar, saç tökülməsini isə kompleks halına çevirirlər. Türkiyənin ən peşəkar saç əkimi üzrə mütəxəssis Oğuzhan Çalışkan ARANTV.AZ -a saç əkimi ilə bağlı məsləhətlər verib. ” Rejimsiz qidalanma, saçlara düzgün qulluq edilməmə, stres, depresiya, ekoloji faktorlar saçların tökülməsinə səbəb olur. Saç əkimi əməliyyatı zamanı ənsə nahiyəsindən alınan tüklər mikroskop altında mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra problemli nahiyəyə əkilir. Əməliyyat saç əkiləcək sahədən asılı olaraq, 2-4 saat çəkir. Saçlar əkildikdən 3-6 ay sonra çıxmağa başlayır və kompleksdən azad olaraq yeni saçlara qovuşmuş olursunuz. Əməliyyat tamamilə ağrısız həyata keçirilir”. Qeyd edək ki, saç əkimi üzrə mütəxəssisi Oğuzhan Çalışkan İstanbulda “Dora Hospital”da yüksək peşəkarlıqla xidmət göstərməkdədir. instagram: @oguzhancaliskanofficial Ünvan: “Dora Hospital” klinikası

Daha çox xəbərlər