Hadisə 

Bərdədə quldurluq edən şəxs saxlanılıb

Bərdə rayonunda quldurluq edən şəxs saxlanılıb. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

ARANTV.AZ xəbər verir ki, avqustun 1-də rayonunun Əyricə kəndi ərazisində naməlum şəxs rayonun Alpoud kənd sakini Qulu Aləşrəfovu bıçaqla hədələyərək mobil telefonunu alıb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Soğanverdilər kənd sakini Rəşad Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

musavat.com

Daha çox xəbərlər

Leave a Comment