Hadisə 

“Heç nə, aparıb satdım” – Kirayədə qaldığı evi soydu – VİDEO

Gəncə sakini kirayədə qaldığı mənzili qarət edib. Həmin şəxsin evdən apardığı isə məişət əşyaları olub.

ARANTV.AZ xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinə müraciət edən şəhər sakini ona məxsus mənzildən məişət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşları zərərçəkənin müraciəti əsasında həmin ünvana baxış keçiriblər və məlum olub ki, evdən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin həmin mənzildə kirayədə qalan 22 yaşlı Rüstəm Sadıxov olduğu müəyyən edilib.

Şahəddin Məmmədov – Müstəntiq: “Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Gəncə Rayon sakini, Sadıxov Rüstəm Ruzigar oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılıb”.

Saxlanılan şəxsin oğurladığı məişət əşyaları tapılaraq maddi sübut kimi götürülüb. Əvvəllər məhkumluq həyatı yaşayan Rüstəm Sadıxov əməlini səmimi etiraf edib və cinayəti tək törətdiyini deyib.

Rüstəm Sadıxov – Saxlanılan şəxs: “Heç nə, götürüb aparıb satdım. Birini 90 manata satdım, digərlərini yadımdan çıxıb neçəyə satdım”.

Rüstəm Sadıxovun digər cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

arbtv

Daha çox xəbərlər