Evindən narkotik tapılan şəxsin SƏMİMİ ETİRAFLARI: “Çəkənəm, heç kim bilmirdi” – VİDEO
Kənd sakini Fərhad Əliyev 29 q. narkotik vasitə olan qurudulmuş marixuananı satarkən saxlanılıb. Yaşadığı evə baxış zamanı oradan külli miqdarda narkotik aşkarlanaraq götürülüb.
Ziya Rüstəmov – Müstəntik: “Saxlanılan şəxsin yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman feyxoa ağacının altında, torpağa basdırılmış iki ədəd 3 l-lik balonda 548 q narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Həmçinin evin saxlanc yeri kimi istifadə edilən otağında 1 ədəd ağ rəngli sintetik torbanın içərisindən ümumi çəkisi 5 kq-dan artıq olan marixuana aşkar edilərək götürülüb”.
Fərhad Əliyev – Saxlanılan şəxs: “Nəşə çəkənəm. Həyətimdə əkib qurutmuşdum. Balona yığıb, ağacın dibinə basdırdım. 8 ədəd qutuda da öz yataq otağımda qoymuşdum, heç kim bilmirdi. Polis əməkdaşları gəlib məni tutdu”.
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.
arbtv

