Prezident İlham Əliyev Estoniya Prezidentini təbrik edib
Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayda təbrik məktubu göndərib.
ARANTV.AZ azərtac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim sülh və rifah diləyirəm”.

