Cəmiyyət 

Əfqanıstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Əfqanıstan İslam
Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah
Spelanayla görüşüb.

ARANTV.AZ xəbər verir ki, rektor Elmar Qasımov cənab səfiri Ali Məktəbdə salamlayaraq bildirib ki, BANM
tələbələrinin beynəlxalq təhsil standartlarına uyğun yetişdirilməsinə böyük önəm verir və
ingilis dilində yüksək təhsil almaq imkanı yaradır. Rektor vurğulayıb ki, SOCAR-ın
müəssisəsi olaraq BANM öz məzunlarının sənayenin tələblərinə uyğun bacarıqlarının
formalaşmasına kömək edir ki, bu da onları aparıcı transmilli şirkətlərdə işlə təmin olunma
şansını artırmış olur.

Görüş üçün rektora təşəkkürünü bildirin səfir Xeyrullah Spelanay öz ölkəsi haqqında
bildirib ki, müharibə şəraitinin mənfi təsirlərinin yan keçmədiyi Əfqanıstan davamlı və
balanslı inkişaf üçün hazırda bir çox işlər görür. “Karbohidrogen istehsalı ilə bağlı zəngin
tarixi ilə fərqlənən Azərbaycan neft və kimya mühəndisliyində ixtisaslı mütəxəssislərin
yetişdirilməsi üçün çox gözəl bir seçimdir. Azərbaycan neft və qaz sənayesində innovasiya
və mühəndislik nailiyyətlərinin beşiyidir və o özünün müxtəlif təbii ehtiyatları ilə
Əfqanıstanın daim maraq dairəsindədir”, – səfir bildirib.

Görüşdə Əfqanıstan tələbələrinin Azərbaycana gələrək təhsillərini neft-qaz sektorunda
davam etmələri haqqında müzakirələr edilib. Səfir Xeyrullah Spelanay gələcəkdə
Əfqanıstandan olan tələbələrin BANM-da təhsil aldığını görmək arzusunda olduğunu
deyib. Səfir həmçinin Əfqanıstandan BANM-ın seçmə tələblərinə cavab verə bilən iki
tələbənin burada təhsil almasının mümkünlüyünü söylədi.

Görüşün sonunda cənab səfir və görüşün digər iştirakçıları BANM-ın kampusuna tur
ediblər.milli.az

Daha çox xəbərlər