Bakıda yanan binadan – Son Görüntülər – VİDEO – FOTOLAR
Bakıda yaşayış kompleksində baş verən yanğın davam edir.
ARANTV.AZ xəbər verir ki, ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Səfahət Mehdiyev küçəsində yerləşən 24 mərtəbəli yaşayış kompleksində baş verən yanğının söndürülməsinə 5 yanğınsöndürən maşın cəlb edilib.
Yanğın baş verən binanın sakinləri təxliyə edilir.
Yanğınla bağlı əraziyə 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın ONA-ya verdiyi məlumata görə, hadisə yerində tüstüdən zəhərlənmiş bir neçə nəfərə ilkin tibbi yardım göstərilib, onların həyati təhlükəsi yoxdur.





