Xoşbəxt olmaq üçün nə qədər pul lazımdır? – SORĞU
Rusların xoşbəxt olması üçün ayda 178 min rubl maaş lazımdır.
ARANTV.AZ Rusiya KİV-nə istinadən xəbər verir ki, bu, Rusiya vətəndaşları arasında keçirilən sorğu nəticəsində məlum olub.
Rusiyada keçirilən sorğunun nəticələrinə görə, ilin əvvəlindən bu məbləğ 12 min rubl artıb və 2017-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Qeyd edək ki, 2017-ci ildə ruslara xoşbəxt yaşam üçün ayda 184 min rubla (təxmini 4 000 AZN) ehtiyacları olub.

