Cəmiyyət 

Qızılca ilə bağlı vaksinlər yaxın günlərdə Azərbaycana gətiriləcək – GEM müavini

Yaşlı insanlar üçün qızılca və məxmərək infeksion xəstəlikləri ilə bağlı vaksinlər çox yaxın vaxtda Azərbaycana gətiriləcək.

ARANTV.AZ xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, yaxın günlərdə  160 min insanı əhatə edəcək 106 min doza vaksinin ölkəyə gətiriləcək.

“Bu vaksinlər böyüklərin immunizasiyası üçün istifadə edilləcək.Vaksinlər 20 yaşdan yuxarı olanlar üçün  nəzərdə tutulur. Vaksinlər gətirlidikdən sonra Səhiyyə nazirliyi tərəfindən peyvəndin həyata keçirilməsi, onun hansı yaş kateqoriyasına aidiyyatı, həyata keçirilmə, kimlər tərəfindən həyata keçirilməsi və digər məsələlərlə bağlı müvafiq əmri olacaq. Bunlar hamısı əmrdə öz əksini tapacaq”,- A.Əliyeva bildirib.

O hesab edir ki, mart-aprel aylarında peyvənd işlərinə başlanacaq.

Hazırda ölkədə qızılca və su çiçəyi xətələkiləri ilə bağlı duruma gəldikdə isə A.Əliyeva bildirib ki, su çiçəyi xəstəliyi çox az hallarda qeydə alınıb:

“Qızılca ilə bağlı durum da digrə ölkələrlə müqaiysədə çox yaxşıdır. Bildiyiniz kimi qızılca xəstəliyi 2018-ci ilin noyabr ayından müşahidə olunmağa başlayıb və  bu infeksiyaya tutulanların sayı geytdikcə azalmaqdadır.  Fevral ayında bu xəstəliyə tutulanların sayı yanvar ayı ilə müqayisə də çox azdır”.
O əlavə edib ki, bu xəstəliyə yoluxanların əksəriyyəti  20-40 yaş arasında olan insanlardır:

“Bunlar zamanında  peyvənd edilməyənlərdir. Araşdırma nəticəsində bəlli olur ki, uşaqlar arasında da  daha  çox peyvənd edilməyənlər bu xəstəliyə düçar olurlar. Odur ki, bir daha yaranmış durumdan istifadə edib vətəndaşlarımız 6 yaşında olan övladlaırnı ərazidəki tibb məntəqlərində peyvənd etdirsinlər”.
Afaq xanım qeyd edib ki, qızılca Azərbaycana xarici ölkələrdən daşıyıcılar tərəfindən keçib.

Digər infeksion xəstəliklərə gəldikdə A. Əliyeva bildirib ki, bu gün Azərbaycanda peyvəndlə idarə olunan infeksion xəstəliklər ümumiyyətlə qeydə alınmayıb, heş şübhəli olanı belə yoxdur.

Daha çox xəbərlər