Sosial 

423 nəfərin cəzası 6 ay azaldılacaq

Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsindən 14 nəfər məhkum azadlığa buraxılıb.

ARANTV.AZ xəbər verir ki,  bu barədə cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Şəfaət Abbasov deyib.

O bildirib ki, Amnitsiya aktı tətbiq edilən həmin şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər: “Ümumilikdə bu günə qədər 186 nəfər azad olunub. 3 il cəza alan 423 nəfərin cəzası 6 ay azaldılacaq”.

Daha çox xəbərlər