Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşünə hazırlıq gedir
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün keçirilməsinə hazırlıq gedir.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, hazırda görüşün vaxtı barədə konkret məlumat yoxdur: “Bu istiqamətdə işlər davam etdirilir”.

