Siyasət 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gündəlikdədir

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü gündəlikdə dayanır.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, bu məsələ ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə son səfəri zamanı da müzakirə olunub:

“Azərbaycan nəticəyə istiqamətlənmiş və işğal olunmuş ərazilərinin azad edilməsinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsinə yönəlmiş görüşləri keçirməyə hazırdır”.

Daha çox xəbərlər