Siyasət 

Deputat: “Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq”

Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq.

ARANTV.AZ xəbər verir ki, bunu Trend-ə Türkiyə parlamentinin Ədalət və İnkişaf Partiyasından (AKP) deputatı Mehmet Əli Özkan deyib.

Onun sözlərinə görə, Xocalı faciəsi 20-ci əsrin ən qanlı faciəsidir:

“ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni etməlidir”.

Deputat qeyd edib ki, Xocalıda törədilmiş cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib və heç sübuta ehtiyacı yoxdur.

Daha çox xəbərlər