AFFA-nın baş katibi canlı yayımda suallara cavab verdi
ARANTV.AZ xəbər verir ki, canlı efirdən öncə azarkeşlər sosial şəbəkələrdə verilən sualların səslənilməyəcəyinə və ya cavablandırılıb- cavablandırılmayacagını müzakirəsini edirdilərsə, canlı yayımda isə bunun tam əksi baş verdi. Veriliş 1 saat nəzərdə tutulsa da, 2 saat davam etdi və bu müddət ərzində azarkeşlərin sualları cavablandırıldı.
Canlı yayım “Təkbə-tək” proqramında Rüstəm Əfsərli və Şəmsəddin Abassovun təqdimatında baş tutub. Canlı yayım replikasız da ötüşməyib. Verişinin aparıcılarına “söz papağı” atan baş katib bildirib ki, verilişin adı “Təkbə-tək” olduğu halda buraad iki aparıcı var.
Baş katib sosial şəbəkələr üzərindən yığılan 200-dən artıq sualı cavablandırıb. Sualların verilməsində hansısa təkrarçılığa yol verilməsin deyə, əvvəlcədən 3 qrupa bölündü. Baş katib milli komandaya əcnəbi məşqçinin təyinatı, Qurban Qurbanovun istefaya getmə səbəbləri, milli komandanın hədəfi və 10 illik nəticələrlə bağlı sualları cavablandırıb.
O, eyni zamanda ölkədə futbolun inkişaf etdirilməsi üçün uşaq futbolu, hakimlik və premyer liqada komanda sayları və digər mövzuları əhatə edən sulları cavablandırıb.
Baş katib eyni zamanda futbol sahəsindəki bir sıra yeniliklər və xəbərlər haqqında da məlumat verib. O, milli oyunların Tofiq Bəhramov adına keçirilməməsinə aydınlıq gətirərək deyib ki, burada oyunların keçirilməsi üçün 50.000-dən artıq ödəniş tələb olunur. Ancaq AFFA-nın balansında olan stadionlarda oyunlar ödənişsiz keçirilir.
Ən yaddaqalan məlumat isə Tovuzda Uşaq Futbolu Akademiyasının açılacağı ilə bağlı məlumat oldu.
Hakimlik məsələsinə toxunan baş katib deyib ki, burada VAR sisteminin tətbiqi ən vacib nüanslardan biridir.
Veriliş sonda da replika ilə baş çatıb. Baş katib sonda aparıcılara üzünü tutaraq deyib ki, “baxın, oyunu siz bitirirsiz, mən davam etməyə hazıram”.
Ölkə.Az

