Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“3+3” formatının ilk toplantısı: Kim nə qazanacaq?

By Vüsal Rafiqoğlu
10.12.2021 3 Min Read

Bu gün Moskvada “3+3” formatının ilk toplantısı keçiriləcək.

Toplantıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal, habelə Ermənistan XİN başçısının müavini Vahe Gevorkyan və İran rəsmisi iştirak edəcək.

Gürcüstan tərəfi bu toplantıya qatılmayacaq.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev “altılıq” formatında əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Azərbaycan, Türkiyə, Ermənistan, İran, Gürcüstan və Rusiyadan ibarət altılıq formatında əməkdaşlıq platforması hansı zərurətdən yaranıb? Bunun regiona və beynəlxalq əməkdaşlığa nə kimi faydası olacaq?

Ermənistanın Azərbaycan torpaqlarını işğalı və rəsmi İrəvanın yürütdüyü təcavüzkar siyasət səbəbindən 30 ilə yaxındır region ölkələri potensial imkanlarını tam reallaşdıra bilmir. Ermənilər Cənub Qafqazda pozuculuq fəaliyyəti ilə regional və beynəlxalq təhlükəsizliyi təhdid etməklə yanaşı, əməkdaşlığa da mane olublar.

Düzdür, Azərbaycan, Gürcüstan və Türkiyə bundan əvvəl bir sıra energetika və kommunikasiya layihələri həyata keçirməklə əməkdaşlığın faydalarını, üstün cəhətlərini çoxdan sübut ediblər.

Ermənistan tutduğu təcavüzkar və pozuculuq mövqeyinə görə həmin layihələrdən kənarda qalıb. Başqa sözlə, Azərbaycanın haqlı və ədalətli tələbləri, şərtləri bu ölkəni regiondakı irimiqyaslı layihələrdə oyundankənar vəziyyətə salıb. Ermənistan Azərbaycan torpaqlarını işğal və qonşu dövlətlərə qarşı əsassız iddialarla çıxış etməsəydi, həmin layihələrdə iştirak etməklə daha çox qazana bilərdi.

44 günlük müharibə sübut etdi ki, işğalçı dövlət 30 ilə yaxın müddət ərzində o torpaqlarda daşı-daş üstünə qoymayıb. Həmin ərazilərdəki tikililəri dağıtmaq, yeraltı sərvətlərin qanunsuz talan etmək və s. qanunazidd əməllərlə məşğul olub.

İşğalçılığı və təcavüzkar siyasəti Ermənistana uğur gətirmədiyi kimi, Azərbaycan torpaqlarındakı bu sayaq qanunsuz fəaliyyəti faydalı olmadı. İkinci Qarabağ müharibəsi Ermənistan hakimiyyəti və cəmiyyətini reallığı görmək üçün silkələdi. Reallıq isə işğalçılıq və pozuculuq fəaliyyətindən əl çəkib, regionda əməkdaşlıq etməkdən ibarətdir.

İran və Ermənistan tutduqları mövqe ilə altılıq platformasında əməkdaşlığı bir il gecikdirdi. Ona görə də təşəbbüsün gerçəkləşməsi ləngidi. Ancaq son zamanlar rəsmi Tehran və İrəvan bu formatda əməkdaşlığın faydalarını görməyə başlayıb.

Gürcüstanın “3+3”də iştirak etməməsi müəyyən mənada başa düşüləndir. Rəsmi Tbilisi iddia edir ki, Rusiya ilə diplomatik əlaqəsi olmadığından onunla bir formatda əməkdaşlıq etmək istəmir. Əslində, bu, Gürcüstanın bəhs etdiymiz platformada əməkdaşlığı dolayı yolla qəbul etməsi kimi də başa düşülə bilər. Çünki bu ölkə regional əməkdaşlığın faydasını başqa layihələrin icrasında görüb. Bu baxımdan perspektivdə rəsmi Tbilisinin bu formata qoşulacağı istisna olunmur.

Dünyanın siyasi səhnəsində mühüm rol oynayan Türkiyə, İran və Rusiyanın bu platformada iştirakı “3+3”ün cəlbediciliyindən xəbər verir. Rəsmi Ankara, Tehran və Moskvanın yeni əməkdaşlıq formatı yaratması mümkün regional münaqişələrin qarşısının alınmasına, bölgədə davamlı sülhün yaradılmasına inamı artırır.

Eyni zamanda, Ermənistanın bu formatda iştirakı perspektivdə Türkiyə ilə sərhədlərin açılmasına təkan verə bilər. Bundan başqa, ermənilərin Türkiyəyə qarşı saxta iddialarının, türk düşmənçiliyinin qarşısının alınmasına yardım edər. “3+3” platforması həm də Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına təkan ola bilər. Bu dəhlizin açılması isə “altılıq” formatının potensialının reallaşmasına böyük dəstək olar.

Beləliklə, müharibələr sülhlə başa çatır. Savaşlar bitəndən sonra düşmən tərəflər bir-biri ilə əməkdaşlıq edirlər. Bu baxımdan İkinci Dünya müharibəsindən sonra Almaniya ilə Fransa arasındakı əlaqələrə nəzər yetirmək kifayət edər. Bu ölkələrin iştirakı ilə yaradılan Avropa İttifaqı indi dünyada əsas güc mərkəzlərindən biridir.

Odur ki, münaqişə bitdiyindən Cənub Qafqaz regionunda, xüsusilə Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması zərurəti meydan çıxıb. Bunun üçün isə münaqişə edən tərəflərin bir platformalarda işləməsinə, vaxtaşırı təmasların baş tutmasına və s. ehtiyac var. Ümumilikdə isə “3+3”, yaxud “3+2” formatının perspektivdə bu funksiyanı yerinə yetirməsi mümkündür. Bugünkü toplantı etimad və əməkdaşlıq mühitinin yaranması üçün başlanğıc addımlardan sayıla bilər. Cənub Qafqazda yaranacaq sülh və təhlükəsizlik beynəlxalq təhlükəsizlik zəncirinə töhfə verər.

Sədrəddin İsmayılov

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ulu Öndərin “İqtisadiyyat nə vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir” tezisi bütün dövrlərdə aktuallığını qoruyur

Next

Zəfər paradı qələbəmizin rəmzi, xalqımız üçün şərəf simvoludur

Xəbər lenti

  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv