Siyasət 

Ali Radanın deputatı: Ukrayna Türkiyə və Azərbaycanla üçtərəfli formatda tərəfdaşlığı gücləndirməyə hazırdır

Azərbaycan, Ukrayna və Türkiyə formatında əməkdaşlığın gücləndirilməsi regionun inkişafına öz töhfəsini vermiş olar.

ARANTV.AZ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ali Radasının deputatı Lyudmila Buymister söyləyib.

“Hər üç ölkə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Bu əməkdaşlıq Qara dəniz və Xəzər dəniz bölgəsində təhlükəsizliyə təminat verə bilər”, – deyə deputat əlavə edib.

Lyudmila Buymister bildirib ki, Ukrayna Qara dəniz və Xəzər dəniz bölgəsində Türkiyə və Azərbaycanla ikitərəfli və üçtərəfli səviyyədə təhlükəsizlik mövzusunda tərəfdaşlığı gücləndirmək üçün əlavə addımlar atmağa hazırdır. Ukrayna kiçik ittifaqlar yaratmaq istiqamətində səylərini davam etdirir.

“Üçtərəfli formatda siyasi məsləhətləşmələr yeni əməkdaşlıq imkanları yaradar və beynəlxalq platformada birgə mübarizəni gücləndirər”, – deyə Lyudmila Buymister əlavə edib.

Daha çox xəbərlər