İran xarici işlər naziri Azərbaycana gəlir

Bu həftə sonu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat brifinqində deyib.

S.Xətibzadənin sözlərinə görə, səfər Azərbaycan xarici işlər nazirinin dəvəti əsasında baş tutacaq:

“İranlı nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlər, ticarət münasibətlərinin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılacaq”, – deyə o bildirib.