“İran-Azərbaycan dostluğu əbədi olacaq” – Səfirlik
“Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikası tərəfindən tanınmasından 30 il ötür”.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyinin “Twitter” səhifəsində bildirilib.
“Bu hadisə iki dost, qardaş və qohum xalqın tarixində yeni səhifə oldu. Bu dostluq və qardaşlıq əbədi olacaq”, – qeyd olunub.

