“Dəmirlə döyüb, bıçaqla üzünü kəsdi” – Həyat yoldaşının başqa kişi ilə otelə girdiyini görən şəxs DƏHŞƏT saçdı FOTOLAR
Türkiyənin Adana şəhərində dəhşətli hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki, keçmiş həyat yoldaşının gecə saat 03.00 radələrində bir şəxslə otelə girdiyini görən 41 yaşlı Serkan T. gənc qadını dəmir parçası ilə döyüb, üzünü isə bıçaqla kəsib.
Ətrafdakılar yaralı qadının köməyinə gəlib, Serkan adlı şəxs isə polislər tərəfindən saxlanılıb.
Məlumata görə, Serkan T. məhkəmənin qərarı ilə həbs edilib. Hadisədən dərhal sonra xəstəxanaya çatdırılan Sara.B isə artıq evə buraxılıb.

Sara ilə Serkanın dini nikahları olduğu da açıqlanıb.
Hadisə dekabrın 23-də saat 03:30 radələrində mərkəzi Adananın Seyhan rayonu, Qurtuluş küçəsində yerləşən oteldə baş verib. İddiaya görə, Serkan T. (41 yaş) 10 il əvvəl Türkiyəyə gələn Suriya əsilli Sara B. (25) ilə dini nikahla evlənib.
Onların nikahı 3 il bundan əvvəl baş tutub. Bu evlilikdən cütlüyün bir övladı da var. Qadın zorakılığa məruz qaldığını iddia edərək 6 ay əvvəl Serkan T.-dən ayrılıb. Ancaq Serkan T. ayrılığı qəbul etməyib. O, Sara B.-ni davamlı olaraq təqib etməyə başlayıb. Hadisə baş verən gün keçmiş həyat yoldaşının otelə bir nəfərlə girdiyini görən Serkan ona hücum edib.

Yaralı qadın oteldən qaçarkən yolun ortasında yerə yıxılaraq kömək istəyib. Yaralı qadının köməyinə gələn ətrafdakıların vəziyyəti xəbər verməsindən sonra bölgəyə polis və sağlamlıq qrupları göndərilib. Bir müddət yaralı qadının yanında qalan Serkan T. hadisə yerinə gələn polis qrupları tərəfindən yaxalanıb. Yaralı qadın tibb işçilərinin ilkin tibbi yardımından sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Nəzarətə alınaraq polis bölməsinə aparılan Serkan T.-nin ifadəsində “Həyat yoldaşımla bir ay əvvəl ayrıldıq. Onun hərəkətlərindən şübhələndiyim üçün izlədim. Onun bara bir oğlanla getdiyini gördüm və arxasınca düşdüm. Daha sonra onların otelə girdiyini görüb onun yanına getdim və bu hadisəni törətdim”, – deyə ifadə verib.

