Gündəm 

Qalib Azərbaycan Ordusu

Hər gün vətən torpağı bir az böyüyür, bir az tamlaşır və bütövləşir. Bu bütövlük
təkcə ərazicə yox, həm də hər bir kəsin baxışında, duruşunda, əzmində,
danışığında özünü büruzə verir.Biz sanki hər gün işğaldan azad olunan Vətən
torpağı kimi bir qarış böyüyürük, mətinləşirik. Bu gün mübarizəmizin mənası,
qayəsi bütöv Azərbaycandır. Çünki son 30 illik bir müddətdə düşmən hədəfinə
çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil, bütünlükdə Azərbaycan
Respublikasıdır, müstəqilliyimizdir, ərazi bütövlüyümüzdür. Bu gün Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyev də, Azərbaycan hökuməti də,
cəbhədə-səngərdə düşmənlə üz-üzə dayanan, işğal olunmuş torpaqlarımızı
qarış-qarış düşməndən azad edən əsgərimiz də, əsgər yolu gözləyən
valideynlər də, övladlar da, bir sözlə, bütün vətəndaşlarımızın bütün gücü
Qarabağ uğrunda mübarizədə səfərbərdir. Onlar anadan olanda artıq mənfur
işğal planları reallaşmışdı, bu gənclər Qarabağı yalnız kitablardan,
qarabağlıların xatirələrindən, kinofilmlərdən, internet materiallarından
tanıyırlar. Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq ideologiyası uşaqdanböyüyə bizim hamımızı, Azərbaycanda yaşayan bütün millətləri və xalqları bir
amal ətrafında sıx birləşdirib. Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi,
rəşadətli Ordusunun iştirakı ilə şanlı tarix yazmaqdadır. Prezidentimiz,
Müzəffər Ali Baş Komandan İlham Əliyev münaqişənin sülh yolu ilə həllindən
başqa yol yoxdur deyənlərin cavabını verdi: Var başqa yol, – dedi və dediyini
etdi. Uzun illərdir status-kvonun qəbuledilməzliyini deyənlərə, amma heç bir iş
görməyib işğalçının başına sığal çəkənlərə göstərdi ki, məsələni necə həll
etmək olar. Ali Baş Komandanın əmri ilə döyüşə atılan müzəffər Ordumuz 30
ilə yaxın davam edən status-kvonu 30 günün içərisində dəyişdi. İndi nə statuskvo var, nə də təmas xətti. Bunu xalqımızın iradəsi ilə Ali Baş Komandan,
Azərbaycan Ordusu döyüş meydanında etdi. . Ali Baş Komandan İlham Əliyev
təkbaşına bir ordunun işini gördü: həm savaş meydanında, həm diplomatiya və
siyasi platformalarda. Bir vaxt “Qarabağ Ermənistandır” deyən, Şuşada
ədəbazcasına rəqs edərək acıq verən, bizi təhqir edən paşinyanlara öz yerini
göstərdi. Paşinyanı – bu riyakar, avantürist, siyasətdən uzaq küçə adamını
rəzil duruma saldı. Onu yalvarmağa məcbur etdi: indi çıxıb desin, “Qarabağ
Ermənistandır, görək necə deyir”.
Son hadisələr düşmənə də, bütün dünyaya da göstərdi ki, bu şərəfli, namuslu
xalqın heysiyyəti ilə oynamaq, onu təhqir etmək olmaz. Müharibənin öz
qanunları var. Ordu ordu ilə savaşar, əsgər əsgər ilə döyüşər – üz-üzə, mərdmərdanə. Kim güclüdürsə, o da qalib gələr. Döyüş meydanında məğlub olan
Ermənistan bu qanunları da pozur, müharibə cinayətləri törədərək, şəhər və
kəndlərimizi, dinc əhalini atəşə tutur. Düşmənin xain hücumları nəticəsində çox
sayda mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olub və yaralanıb, evlər,
çoxmənzilli yaşayış binaları, obyektlər dağılıb.
Oktyabrın 11-də atəşkəs razılaşmasının hələ mürəkkəbi qurumamış döyüş
əməliyyatları zonasından 80 kilometr aralıda yerləşən, ərazisində heç bir hərbi
obyekt olmayan Gəncəyə – Azərbaycanın ikinci böyük şəhərinə ballistik raket
zərbəsi endirildi. Beşi qadın olmaqla, 10 nəfər dinc sakin həlak oldu. Həmçinin
10-u qadın, 9-u azyaşlı olmaqla 34 nəfər yaralandı.
Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində
Gəncənin mərkəzi hissəsini növbəti dəfə raket atəşinə tutması nəticəsində 13
nəfər həlak oldu, 45-dən çox insan yaralandı, çoxsaylı mülki infrastruktur
obyektinə, nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəydi. Ölənlərdən 3-ü
azyaşlı uşaq, 4-ü qadındır. Müharibənin öz qanunları var. Ordu ordu ilə
savaşar, əsgər əsgər ilə döyüşər – üz-üzə, mərd-mərdanə. Kim güclüdürsə, o
da qalib gələr. Döyüş meydanında məğlub olan Ermənistan bu qanunları da
pozur, müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə
tutur. Düşmənin xain hücumları nəticəsində çox sayda mülki şəxs, o cümlədən
uşaqlar, qadınlar həlak olub və yaralanıb, evlər, çoxmənzilli yaşayış binaları,
obyektlər dağılıb.
Oktyabrın 11-də atəşkəs razılaşmasının hələ mürəkkəbi qurumamış döyüş
əməliyyatları zonasından 80 kilometr aralıda yerləşən, ərazisində heç bir hərbi
obyekt olmayan Gəncəyə – Azərbaycanın ikinci böyük şəhərinə ballistik raket
zərbəsi endirildi. Beşi qadın olmaqla, 10 nəfər dinc sakin həlak oldu. Həmçinin
10-u qadın, 9-u azyaşlı olmaqla 34 nəfər yaralandı.
Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində
Gəncənin mərkəzi hissəsini növbəti dəfə raket atəşinə tutması nəticəsində 13
nəfər həlak oldu, 45-dən çox insan yaralandı, çoxsaylı mülki infrastruktur
obyektinə, nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəydi. Ölənlərdən 3-ü
azyaşlı uşaq, 4-ü qadındır.
Bildiyimiz kimi strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas
amillərdən biridir. Düzgün strategiya, vahid komandanlıq, ordumuzun mənəvi-psixoloji
əhval ruhiyyəsinin yüksək olması düşmən üzərində şanlı qələbə çalmağımıza və ərazi
bütövlüyümüzü bərpa etməyimizə səbəb oldu. Böyük Qələbənin əldə olunmasında bütün
qoşun növlərinin öz xidmətləri vardır. 44 gün ərzində ərazilərimizin işğaldan azad
olunmasında xüsusi təyinatlı qüvvələrin əvəzsiz xidmətləri olmuşdur.
Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı işğaldan azad etmişdir.
Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək
Azərbaycan əsgərinin qarşısından qaçmışlar. Hadrutda 30 nəfərlik xüsusi təyinatlı
qüvvələrimiz 1500 nəfərlik Erməni muzdlusunu qaçmağa məcbur etmişdir. Azərbaycan
əsgərləri yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda Erməni əsgərləri yaşlı qocaları
yaşayış məntəqələrində qoyub qaçmışlar.Beləliklə Azərbaycan 27 sentyabr 2020-ci ildə
başlayan ikinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Şanlı ordumuz bu
müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlını, Şuşa şəhərini, Hadrut qəsəbəsini və
Dağlıq Qarabağdakı bir çox yaşayış məntəqələrimizi işğaldan azad etdi. Ağdam, Kəlbəcər
və Laçın rayonları isə heç bir itki vermədən işğaldan azad olundu. Düşmən darmadağın
edildi, Ermənistan dərin hərbi-siyasi böhrana düçar oldu. Azərbaycan ordusunun məhv
etdiyi və qənimət götürdüyü düşmənə məxsus hərbi texnikaların qiymətləri milyard
dollarla hesablanır.
44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək cənab
Prezidentin və şanlı ordumuzun yanında oldu. Düzdür işğaldan azad olunan hər qarış
torpağın uğrunda itgilərimiz oldu. 3000-ə yaxın şəhid verdik. Mənfur düşmən hərbi
əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə
tutdu. Ancaq xalqımızın iradəsini qıra bilmədi. Cənab Prezident İlham Əliyevin dediyi kimi
xalq-Prezident və ordu birliyi bir yumruq olub düşmənin belini qırdı. “Dəmir yumruq”
əməliyyatı dünyaya şanlı Azərbaycan ordusunun gücünü göstərdi.Azərbaycan ordusu
Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq yaşayış
məntəqəsini və 8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı çökdürdü və
kapitulyasiyaya məcbur etdi. Bununla da “Dəmir yumruq” əməliyyatı sona çatdı.
Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bəli, şanlı ordumuz
Azərbaycan xalqını qalib etdi. Artıq biz qalib xalqıq. Dünya xalqları arasında öz sözünü
demiş xalqıq. Qisas qiyamətə qalmaz demişdir atalarımız. Cənab Prezidentimiz İlham
Əliyevin dediyi kimi “Azərbaycan ordusu döyüş meydanında sözünü dedi”. Ordumuz
Şuşanı işğaldan azad etməklə düşmənin döyüş ruhunu məhv etdi. Düşmən Azərbaycan
ordusu qarşısında müqavimət göstərə bilmədi. Şuşa şəhərinin işğaldan azad edilməsinin
tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabırın 8-i “Zəfər Günü” kimi dövlətimiz və
xalqımız tərəfindən təntənəli şəkildə qeyd ediləcək.


Şəhid Abbasov Akifin Bacısı-Abbasova Lalə
Azərbaycan Koopersiya Üniversitetinin Tərcümə fakültəsinin 2-ci kurs tələbəsi.

 

Daha çox xəbərlər