Bayquşun nəsihəti
Bütün heyvanların və quşların dilini bilən Süleyman peyğəmbərlə (ə) bayquş arasında hikmət dolu bu dialoqun yaşandığını rəvayət edirlər.
– Niyə buğda yemirsən?
– Adəm əleyhissalam ona görə cənnətdən çıxarıldığı üçün.
– Niyə su içmirsən?
– Nuh əleyhissalamın qövmü suda boğulduğu üçün.
– Niyə həmişə xarabalıqlarda olursan?
– Xarabalıqlar Allah-təalanın mirasıdır.
– Niyə evlərin üstündə ulayırsan?
– İnsanlara xəbərdarlıq etmək üçün. Bu qədər təhlükə içərisində ikən necə də qəflətdə yatırlar. Belələrinin vay halına!
– Gündüzləri niyə gizlənirsən?
– İnsanlar mənə zərər verə bilər.
– Uladığında nə deyirsən?
– Allahı mədh edir və bunları deyirəm: “Ey qafillər, çıxacağınız uzun səfər üçün azuqə hazırlayın!”

