Kriminal 

Bakıda 20 yaşlı gəncin qanını tökdülər – VİDEO

Gecə saatlarında paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub.

ARANTV.AZ-ın xəbərinə görə, 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Z. Rüstəmov təcili 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb.

Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Vəziyyəti orta ağırdır.

Hadisənin hansı səbəblərdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Binəqədi rayon polis bölməsində araşdırma aparılır.

oxu.az

Daha çox xəbərlər