Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Axı onlar müharibədən gəliblər

By Vüsal Rafiqoğlu
13.01.2022 2 Min Read

Səhər Əhməd yazır…

Hərdən mənə elə gəlir ki, biz yavaş-yavaş onları unutmağa başlayırıq, verdiyimiz sözlər arxa plana keçir, zaman amansız bir sürətlə həyatımızın gündəminə təzə repertuar seçir. Və biz onları yavaş-yavaş unuduruq, lap yaxın keçmişdə “sizi heç vaxt unutmayacağıq” dediyimiz adamları. O adamları ki, bircə il əvvəl hamımız özümüzü onlara müxtəlif dərəcədə borclu hiss edirdik.

O günlər arxada qalıb, artıq döyüşlərin dumanı çəkilib, silahlar susub, qələbə sevincini yaşayıb bitirmişik. Onlar artıq ön cəbhədə deyil, indi mülki geyimdədirlər, hərəsi öz işinə qayıdıb, bizə qarışıblar, bizdən biridirlər. Əyinlərində hərbi geyim, baxışlarında qəzəb qarışıq qətiyyət, üst-başlarında döyüş izləri yoxdur. Amma hələ də yuxularında qan var, hələ də ürəklərində şəhid dostlarının qapanmayan yarası, qulaqlarında silah səsi, xatirələrində vəhşət yaşayır. Onlar dəyişməyib, yəni, o dövrdən hələ də qopa bilməyib, zamana satılmayıb. Bizdən fərqli olaraq, onların bu lüksü yoxdur. Dəyişən bizik. Görünən odur ki, elə biz də vəfasızıq bu dünyanın özü kimi…

İsmayıl Şıxlının bu günümüzlə səsləşən “Mənim rəqibim” adlı bir avtobioqrafik hekayəsi var. Yazıçı müharibədən qayıdandan sonra aspiranturaya sənəd verir. Həmin ixtisas üzrə yeganə yerə Əzizə Cəfərzadə də namizəddir. İmtahanda bir sual İsmayıl Şıxlının yadından çıxır, Əzizə Cəfərzadə sualın cavabını kağıza yazıb öz “rəqibinə” ötürür. Yazıçı kağızı açıb birinci sözü oxuyan kimi cavab bütünlükdə yadına düşür.

Bunu görən müəllim təəccüblənir, üzünü Əzizə Cəfərzadəyə tutur:

-Əzizə, nə edirsən, axı siz rəqibsiniz.
-Axı o, müharibədən gəlib.
-Qəribəsən.
-Həyat qəribədir.

…Bəli, Əzizə Cəfərzadə haqlıydı, həyat qəribədir, özü də çox qəribə. Onun enişi, yoxuşu, qabarması, çəkilməsi olur zaman-zaman. “Nəsimi” filmində Əmir Teymurun dediyi kimi, “qarı, çovğunu, zəlzələsi, tufanı var bu dünyanın”.

Bəzən bütün vəziyyətlərdə eyni qaydalar işləmir, eyni cür düşünmək mümkün olmur. Bəzən öz yerindən kiməsə görə imtina etmək lazım olur, o yeri daha çox haqq edən var deyə. Hətta o sənin “rəqibin” olsa belə.

Bu bəlkə adi bir fakt kimi görünə bilər, amma əslində insanlığın hərb üzərində qələbəsidir. Bəzən sülhü bərqərar etmək üçün döyüşmək, insanlığı yaşatmaq üçün qalibiyyət lazım gəlir. Amma mütləq silahlar susandan sonra humanizm danışmağa başlamalıdır, özü də  bütün səsləri batıracaq qədər möhkəm səslə, bütün yaraları sarımaq üçün. Həyatın pozulmuş harmoniyasını bərpa etmək naminə, yaşamın ölümdən,  sevginin nifrətdən güclü olması sübut olunsun deyə.

Ona görə də bizim – o zamanların arxa cəbhə qəhrəmanlarının onları – o zamanların ön cəbhə qəhrəmanlarını unutmaq haqqımız yoxdur. Bəzən bir xoş söz, bəzən bir təbəssüm belə kifayətdir. Ən azından gizlin qəlpə kimi canlarında gəzdirdikləri xatirələri daşımağa gücləri çatsın deyə. Sülhün haqqını verək deyə. “Dünyanı gözəllik xilas etsin” deyə, silahlar həmişəlik sussun deyə. Gülümsəyək onlara, gecələr yuxularını qaçıran o xatirələrin acısı bir az xəfifləyər bəlkə.

Axı onlar müharibədən gəliblər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Saatlıda 69 yaşlı kişi intihar edib

Next

DYP-dən sürücülərə MÜRACİƏT

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv