Lalə Məmmədova Kayahanın yoldaşı ilə duet oxudu – VİDEO
Əməkdar artist Lalə Məmmədova Türkiyənin “TRT” kanalında yayımlanan “İpek Yolu” verilişinə qatılıb.
Lalə bu barədə öz “Instagram” səhifəsində paylaşım edib.
O, mərhum ifaçı Kayahanın həyat yoldaşı İpek Açarın proqramında iştirak edib.
Məmmədova verilişdən olan görüntüləri yayımlayaraq bunları yazıb:
“Yolu sevgidən keçən hər kəslə bir gün bir yerdə görüşərik. Səsi gözəl, özü gözəl İpək xanımla bütün dünyaya Azərbaycan-Türkiyə sevgisini nəğmələrimizdə anlatdıq”.
Proqram zamanı Lalə Məmmədova İpek Açarla Azərbaycan-Türkiyə mahnısını birlikdə oxuyub.

