Bərdədə yol qəzası: piyada vuruldu – FOTO
Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ bildirir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, “Volkswagen Touareg” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Yaralının kimliyi hələlik məlum deyil.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.



milli.az

