Cəmiyyət 

5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olundu

“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub.

ARANTV.AZ-ın məlumatına görə, mərkəzin direktoru Könül Ələkbərovun əmrinə əsasən, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Hüseynzadə Vəfa Oruc qızı mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin yeni baş həkimi təyin edilib.

Vəfa Hüseynzadə bu vəzifəyə qədər Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Daha çox xəbərlər