Region Xəbərləri 

Bərdə rayon Gənclər və İdman İdarəsi tərəfindən idman klublarında maarifləndirici görüşlər keçirilir+FOTOLAR

Rayon ərazisində idmanın kütləviliyini daha da genişləndirmək , sağlam həyat tərzini təbliğ etmək, cəmiyyətdə narkomaniyaya və zərərli vərdişlərə qarşı mübarizədə idmanın və idmançıların rolunu artırmaq məqsədilə Bərdə rayon Gənclər və İdman İdarəsi tərəfindən idman klublarında maarifləndirici görüşlər keçirilir. Bu məqsədlə idarə rəisi Hikmət Ələkbərli və idman sahəsi üzrə aparıcı məsləhətçi İsmayıl Abdullazadə tərəfindən “Qarabağ Sport Klub”un cüdo və sambo bölməsinin idmançıları ilə qeyd olunmuş mövzularda geniş şəkildə maarifləndirici söhbətlər aparılmış, məşq prosesi izlənilmişdir.
Əlavə olaraq bildiririk ki, idarənin tədbirlər planına əsasən iyun ayında Bərdə Şəhidlərinin Xatirəsinə həsr Cüdo üzrə açıq rayon birinciliyi keçirilməsi nəzərdə tutulmuşdur.

Daha çox xəbərlər