Cəmiyyət 

Rayonlararası yollar buz bağlayıb – FOTO/VİDEO

Güclü yağıntı Muğanlı-İsmayıllı və İsmayıllı-Qəbələ avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb.

ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Muğanlı-İsmayıllı yolunda yağıntı intensiv şəkildə davam edir, 3 dərəcə şaxta var.

Həmçinin, İsmayıllı-Qəbələ avtomobil yolunda da eyni vəziyyət hökm sürür.

Qeyd edilən hər iki istiqamətdə yolun buz bağlamış hissələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.

 

Daha çox xəbərlər