Gündəm 

Azərbaycanda alimlərin üsyanı gözlənilir – Ramiz Mehdiyevə qarşı üsyançı qrup ayaqda – Mirmahmud Mirəlioğlu “Canlı”da

Qarabağda gizlənən separatçı-cinayətkarları Bakıya necə gətirməli?

Qarabağda Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənən separatçı tullantıları cəzasız qaldıqca özlərini daha həyasız aparırlar. Belə ki, bu günlərdə mifik qurumun mifik “xarici işlər naziri” David Babayan və komik “dövlət naziri” Artak Beqlaryan Minsk Qrupu və fransalı prezidentliyə namizəd Valeri Perkes haqda sərt açıqlama verən Azərbaycan Prezidentini təhqir ediblər. Beqlaryan üstəlik, xam xəyallara dalaraq sayıqlayıb ki, “artsax” gec-tez müstəqil dövlət kimi tanınacaq. O, “peşəkar ordu”dan da dəm vurub, lakin hələlik “artsax ordusu”na çağırışların davam edəcəyini söyləyib. Separatçı başı Araik Arutunyan isə geydirmə “artsaxın özünü müdafiə naziri” Kamo Vardanyana “general-leytenant” rütbəsi verilməsi haqda saxta “sərəncam” imzalayıb.

Bəs Azərbaycan dövləti və onun başçısının ünvanına belə hədyanlar söyləməyə davam edən, qanunsuz “sərəncamlar” imzalayan bu cinayətkarları tutub necə Bakıya gətirməli? Bunun bir sonu olacaqmı? Bəlkə sülhməramlıların yeni komandanına və ya Rusiya rəhbərliyinə müraciət etməli? Faydası olarmı? Ya bəlkə zərgər dəqiqliyi ilə bir antiterror əməliyyatı keçirməyin vaxtı çatıb?

Nə etməli? Çünki bu ünsürlər getdikcə daha da azğınlaşırlar. Əlavə edək ki, onların hər üçünü Azərbaycan beynəlxalq axtarışa verib.

10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndinə əsasən isə qanunsuz silahlı dəstələr Rusiya sülhməramlıları ərazidə yerləşən kimi çıxarılmalı idi.

Məğlub ölkənin qalib Azərbaycana şərti – erməni həyasızlığı bitmir

“Ermənistan Azərbaycana sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün yazılı təkliflər göndərib”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Təkliflər sərhəddə prosesin başlanmasını asanlaşdıracaq vəziyyətin yaradılmasına aiddir. “Bu, xəritələr və ya Sovet dövrünün xəritəsi nəzərə alınmaqla, qoşunların “güzgü prinsipi” ilə çıxarılmasına və sərhəd qoşunlarının sərhəd boyu yerləşdirilməsinə aiddir”, – Qriqoryan deyib. Qeyd olunur ki, Azərbaycandan buna, hələ ki, yazılı reaksiya olmayıb.

Məğlub ölkənin qalib Azərbaycana şərti! Erməni həyasızlığı gerçəkdən də bitmir. Bakının cavab isə indidən aydındır: şərt qəbul edilməyəcək. Çünki qoşunlarımız öz sərhədlərimizdə dayanıb – sovet xəritələri əsasında, Azərbaycan SSR-in sərhədlərində, BMT-nin tanıdığı sərhədlərdə! O zaman niyə “ağrımayan başımıza dəsmal bvağlamalı”, delimitasiya bitənədək qoşunları “simmetrik qaydada” geri çəkməliyik? Gürcüstan, Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası zamanı belə bir şey olmayıb. Aydındır ki, bu yalnız Ermənistana sərfdir. Çünki yenə ərazi ilhaqına ümid edir. Halbuki sərhədlər dəqiqləşsə, Ermənistan bizə hələ yenə torpaqlar qaytaracaq.

AMEA ətrafında gərginlik artır. R.Mehdiyevlə Kərim Şükürov arasında söz dueli və Şükürovun istefası elm ictimaiyyəti tərəfindən necə qarşılanır? Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov kimdir? Onun dosyesindən ştrixlər ver. Tarixçilər Şükürov haqda nə deyirlər? Onun milli, savadlı biri olduğu yazılır, deyilir. R.Mehdiyevin AMEA institutları haqda tənqidi fikirlərini müdafiə edən varmı?

Bu və gündəmdəki digər mövzuları bu gün saat 12.00-də “Canlı debat”da KXCP sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Daha çox xəbərlər