Xaçmaz-Quba yolunda maşın ağaca çırpılıb, xəsarət alanlar var – YENİLƏNİB

Bu gün axşam Quba – Xaçmaz yolunda baş vermiş qəzanın bəzi detalları bəlli olub.

ARANTV.AZ xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Arzu kəndindən keçən hissəsində baş verib.

Belə ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayonunun Yergüc kənd sakinləri – 1997-ci il təvəllüdlü Turan Elman oğlu Məhərrəmov və 1998-ci il təvəllüdlü Hüseyn Faiq oğlu Məhərrəmov müxtəlif xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına catdırılıblar. H.Məhərrəmovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qəzaya yolun sürüşkənliyi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

19:53

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Arzu kəndi ərazisində qeydə alınıb.

Avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan şəxslər xəsarət alıb.