Valideynlərin uşaqlar arasında ayrı-seçkilik etməsi…
Valideynlər övladlarını şərtsiz sevməlidirlər. Yəni onların sevgisi hansısa bir şərtlə bağlı olmamalıdır. Onu ağıllı olduğu üçün, sakit olduğu üçün, dərslərini yaxşı oxuduğu üçün deyil, övladları olduğu üçün sevdiklərini hiss etdirməlidirlər. Belə olduğu halda uşaq o şərt olmasa, valideynlərim məni sevməyəcək qorxusu ilə üzləşməyəcəkdir. Həqiqi valideyn sevgisinə malik ata-ana övladlarında fərq qoymadan sevməli və bunu hiss etdirməlidir. Bu baxımdan valideynlər fərqlidirlər: Sevgisini göstərməyi bacaran və bacarmayan, valideyn sevgisi və məsuliyyətini dərk edən və etməyənlər. Bəzən olur ki valideyn uşağın dünyaya gəlməsinə özünü hazır hiss etmir, bu ən çox ilk uşaqda olur vəya ikinci uşağın olmasında bu büruzə verə bilir. Daha bu məsuliyyəti üzərlərinə almaq istəmirlər. Valideynlər bəzən təəssüf olsun ki övladları arasında fərq qoyurlar. Bunun səbəbini isə bəzən belə deyirlər: O balaca olduğu üçün daha çox sevgiyə ehtiyacı var; o daha çox istiqanlıdı; və.s.
Uşaqlar arasında olan bu ayrıseçkiliyin psixoloji nöqteyi-nəzərdən yanaşsaq, hansı səbəblər ola bilər?
1) Cinsi ayrı-seçkilik.
2)Digər uşağın ailə üzvləri vəya qohumları arasında sevmədiyi bir insanla bənzərliyin olması.
3) Uşaqda utancaqlıq, ünsiyyət çətinliyinin olması.
4) Daha çox sevdiyi uşağına ata(ana)sının adının qoyulması.
5) Uşaqlardan birinin ailənin maddi vəziyyətinin aşağı olduğu dövrdə dünyaya gəlməsi.
6) Uşağın daha çox çalışması və müvəffəqiyyətli olması.
Bəzən valideynlər övladlarının qarşısında birini daha çox tərif edir. “Sən çox gözəlsən, qıızm” “Sən çox ağıllısan”. Digər bir halda övladlarını müqayisə edirlər. “Bax, qardaşın(Bacın) səndən daha bacarıqlıdır. Gör necə yaxşı oxuyur”. Və.s Bəs bu halda uşaqlarda hansı hallar müşahidə olunur?
1) Özünə inamın azalması.
2) Qardaş-bacı qısqanclığı.
3) Valideynlərlə münasibətdə soyuqluq.
4) Komplekslər.
5) Aqressiya.
6) Neqativizm.(Onsuzda yaxşı övlad deyiləm, düşünür)
Bu kimi neqativ nəticələrin qarşısını almaq üçün valideynlər necə yanaşmalıdır?
1) Övladlarınızla birlikdə oyun oynayın.
2) Yeni birşey aldığınız zaman fərq qoymayın
3) Hər hansı tərif vəya əzizləyici söz dediyiniz zaman fərqləndirməyin.
4) “Sizi çox sevirəm, gözəl balalarım” deyib onları qucaqlayın. Bunu gün ərzində təkrarlayın.
Son olaraq valideynlərə tövsiyə edə bilərəm ki, övladlarınıza sevginizi göstərməkdə xəsislik etməyin. Sevgi, övladınızla bağlılığınızı daha da möhkəmləndirəcəkdir. Əgər təkbaşına bunu bacara bilmirsinizsə, mütəxəssislərə vaxtında müraciət edin.
Zümrüd Haqverdiyeva

