Əflatun Amaşov: “İnternet-media sahəsindəki qanunvericiliyə yenidən baxılmalıdır”
“Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsində spesifik məsələlər də gündəmə gətirilib. Bu, ilk dəfədir. Jurnalist ordusuna qeyri-peşəkar, qeyri-etik cavablar da qeydə alınıb”.
ARANTV.AZ xəbər verir ki, bunu deputat Əflatun Amaşov bu gün parlamentdə Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, haqlı olaraq o da vurğulanıb ki, jurnalist peşəkar olmalı, vətəndaşların şəxsi həyatına müdaxilə etməməli, şərəf və ləyaqət prinsipinə hörmətlə yanaşmalı, işgüzar nüfuza xələl gətirməməlidir.
Deputat qeyd edib ki, sənəddə bu tip halların daha çox internet mediada qeydə alındığı vurğulanıb: “Bu, internet-media sahəsindəki qanunvericiliyə yeni baxışın vacibliyini önə çəkir”.
Ölkə.Az

