Cəmiyyət 

​”Musiqi məktəbləri ilə bağlı məsələ aktualdır” – Əbülfəs Qarayev

“Musiqi məktəbləri ilə bağlı məsələ aktualdır”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransında prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin bölgələrdə musiqi məktəblərinin bağlanması məsələsilə bağlı fikrinə şərh verərkən bildirib.

Nazir bildirib ki, söhbət həmin musiqi məktəblərinin bağlanmasından söhbət getmir:

“Elə bölgələrimiz var 6-7 musiqi məktəbi var. Musiqi məktəblərinin bağlanmasından söhbət getmir. Regionlarda yarasız halda olan musiqi məktəbləri də nazirliyin diqqətindədir. Bəzi regionlarda 5, bəzilərində 6 musiqi məktəbləri var. Elələri var ki, onlar həddən artıq yarasız haldadı. O məktəblərin yerinin dəyişdirilməsindən və ya əsaslı təmirindən söhbət gedə bilər”.

Nazir bildirib ki, musiqi məktəblərdə müəllim kollektivlərinin yenilənməsi nəzərdə tutulub:

“Hazırda 230-dan çox musiqi məktəbi fəaliyyət göstərir. Onlardan 38-i Bakıda yerləşir. Bu məktəblərdə kifayət qədər peşəkar müəllimlərimiz çoxdur. Bu məktəblərə elmi dərəcəli musiqişünaslar təyin edilir”.metbuat.az

Daha çox xəbərlər