Nikaha daxil olmaq istəyən 11 nəfərdə İİV aşkarlandı
2019-cu ilin fevral ayında nikaha daxil olmaq istəyən 10358 nəfər qan müayinəsinə cəlb olunub.
ARANTV.AZ primetime.az-a istinadən xəbər verir ki, bu barədə modern.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
Z.Əlimirzəyeva qeyd edib ki, 204 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb:
“Həmçinin 11 nəfərdə İİV, 9 nəfərdə sifilis qeydə alınıb”.

