Nazir müavini: “Azərbaycan və Dünya Bankı 4 milyard dollarlıq 50 layihə həyata keçiriblər”
“Azərbaycan və Dünya Bankı ötən əsrin 90-cı illərinin əvvəllərindən dəyəri 4 milyard dollardan çox olan təqribən 50 layihə həyata keçiriblər. Bu, ikitərəfli əməkdaşlığın uğurlu göstəricisidir”.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən “İqtisadiyyatın şaxələndirilməsi – özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib.
Nazir müavini bildirib ki, Dünya Bankı ölkə iqtisadiyyatının inkişafına ən müxtəlif mərhələlərdə hərtərəfli dəstək göstərib.

