Gündəm 

Azərbaycan-İran əlaqələri müzakirə edilib

2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 74% artaraq 446 mln. dollara çatıb.

ARANTV.AZ  xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İranın İqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd ilə görüşündə deyib.

Ş. Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsi 2018-ci ildə 74% artaraq 446 mln. dollara çatıb. Nazir əlavə edib ki, Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir: “Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun təməli qoyulub”.

Ş.Mustafayev qarşılıqlı ticarət həcminin daha da artırılması və strukturunun diversifikasiyası üçün potensialı, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşıma sahələrində də əlaqələrin inkişafı imkanlarını qeyd edib.

İranlı nazir Fərhad Dejpəsənd isə bu ilin martında Bakıda keçirilməsi planlaşdırılan Dövlət Komissiyasının 13-cü iclasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olacağını qeyd edib.

Ölkə.Az

Daha çox xəbərlər