Şou biznes 

Xalq artistlərinin evindəki toydan ilk – Fotolar

Bu gün Xalq artisti Natiq Şirinov oğlu Ümidə toy edir.

Axşam.az-ın əməkdaşı nağara ifaçısının evində olub və gəlingötürmə mərasimindən görüntülər lentə alıb.

Ümid Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə ailə qurur.

N.Şirinov övladı üçün iki gün toy edəcək. Buna səbəb isə pandemiyaya görə toylarda 150 nəfərdən artıq qonağın olmasına icazə verilməməsidir.

Qeyd edək ki, Fatimə və Ümidin bir neçə gün əvvəl qız toyu olub.

Foto: İlqam Cəbiyev

Daha çox xəbərlər