Dayə seçərkən nələrə diqqət etmək lazımdır? – VIDEO
Son zamanlar sosial şəbəkədə yayılan bu kadrlar xeyli müzakirələrə səbəb olub.
Görüntülər cəmiyyətdə dayələrə güvən məsələsini gündəmə gətirdi. Belə ki, valideynlər övladlarını onlara etibar etdikləri halda, bəzi dayələrin bundan sui-istifadə etmələri cəmiyyətdə birmənalı olaraq qınaq obyektinə çevrilib.
Sosioloq Nail Niftəliyev deyir ki, bəzi insanlar zorakılığı tərbiyənin effektiv üsulu kimi başa düşürlər. Ancaq qanun həmin şəxsləri cəzasız qoymur.
Bu gün dayələrə ehtiyac da az deyil. Yəni ailə başçısının hər ikisinin işlədiyi halda, məcburdular ki, övladlarını belə insanlara etibar etsinlər. İşə düzəltmə şirkətinin rəhbəri Fəridə Əlizadə də bu cürailələrin çox olduğunu bildirir. Eyni zamanda dayəlik üçün müraciət edənlərin də sayı az deyil. Onların barəsində isəəvvəlcə müvafiq informasiyalar toplanılır.
Fəridə Əlizadənin sözlərinə görə, bu iş üçün əməkhaqqı 600 manatdan 1300 manata qədər dəyişir. Bəzi ailələr həttaonları müəyyən kriteriyalar əsasında seçməyə çalışırlar.
Psixoloq Aida Sübhanın fikrincə isə, dayə uşaq doğulmamışdan 1-2 ay öncə seçilməlidir. O, əvvəlcə ailəyə dəvət olunmalı, müşahidələr aparılmalıdır. Dayənin pedaqoji və tibbi sahəni bilməsi də arzuolunandır.
Psixoloq bildirir ki, dayənin hər bir davranışı uşağın gələcək xaarkterinə birbaşa təsir edə bilər.(xəzərxəbər)

