Bərdənin Birinci Qaradəmirçi kəndinin həll olunmayan problemi – VİDEO
Bərdə rayonunun Birinci Qaradəmirçi kəndinin sakinləri susuzluqdan əziyyət çəkir. Kəndi içməli su ilə təmin edən artezian quyuları illərdir ki quruyub.
Şəhər mərkəzinə yaxınlıqda yerləşən Birinci Qaradəmirçi kəndinin sakinləri uzaq məsafədən içməli suyu əlləri və maşınlarla gətirməyə məcbur olurlar. Bu da əlverişsiz hava şəraitində ciddi çətinliklər yaradır.
Kənd sakinlərinin sözlərinə görə, həyətlərində qazdıqları bir neçə metrlik quyulardan məişət suyunu çıxarırlar. Amma bu su içməyə yaramır.
Daha ətraflı Baku TV-nin hazırladığı süjetdə:

