Ötən il Ermənistanı 44 minə yaxın vətəndaş tərk edib
Ötən il ölkəsini tərk edən Ermənistan vətəndaşlarının sayı 43 874 nəfər təşkil edib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi 2021-ci ildə Ermənistanın sərhəd-keçid məntəqələrində giriş-çıxışların sərhəd qeydiyyatı haqqında məlumatında bildirilib.
Qeyd olunub ki, öncəki 3 ildə bu göstəricilər müsbət olsa da (2018-ci ildə +15 317, 2019-cu ildə +10 506, 2020-ci ildə +12 092 nəfər), 2021-ci ildə bu rəqəm mənfiyə doğru dəyişib.

