Cəmiyyət 

“Köhnə ətçilər”: Paytaxtın ən ucuz kababının qoxusu – FOTOREPORTAJ

Yasamal rayonunda “köhnə ətçilər” deyilən ərazi var.

Həmin yer Məhəmməd Xiyabani küçəsində yerləşir.

Bura həm də paytaxtın ən ucuz kababxanaları ilə tanınır. Əgər əksər qida obyektlərində kababın bir şişinə 5-8 manat verilirsə, buradakı kafelərdə 2-4 manat civarındadır.

Vizual anti-sanitariya şəraitinin olmasına baxmayaraq, insanlar yenicə kəsilmiş heyvandan kabab yemək üçün (həm də ucuz) buraya axışırlar.

“Global Photo Stock”un əməkdaşı paytaxtda yerləşən bu ünvandan fotoreportaj hazırlayıb.

Həmin fotoları təqdim edirik:

 

Daha çox xəbərlər