Sosial 

Sosial xidmət müəssisələrində olan şəxslərin sayı açıqlanıb

“Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 13 sosial xidmət müəssisəsində 1200-dən çox şəxs qalır”.

ARANTV.AZ  xəbər verir ki, bunu “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov deyib.

O eyni zamanda bildirib ki, Agentlik tərəfindən xəstəlik, əlillik, tənhalıqla əlaqədar evdə sosial səyyar xidmət göstərilir:

“Hazırda Agentliyin 700-ə yaxın sosial xidmətçisi tərəfindən 5000-ə yaxın şəxsə evdə sosial xidmət göstərilir”.

Daha çox xəbərlər