Mixail Podolyak Rusiyanın Ukraynaya hərbi hücumunu şərh etdi – VİDEO
Avropada tamhüquqlu genişmiqyaslı müharibə başlayıb.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın tammiqyaslı işğalını şərh edərkən bildirib.
“Rusiya təkcə Ukraynaya deyil, müasir dünyada normal həyatın bütün qaydalarına hücum edib. Qitədə təhlükəsizlik sistemindən nə qalacaq? Heç nə”, – deyə Podolyak bildirib.
Diplomat qeyd edib ki, Ukrayna Ordusu qarşı tərəfin hücumlarını dəf edir, düşmən xeyli itki verir.
“Hazırda əsas məsələ ölkənin müdafiəsi və insanların normal həyatının qorunub saxlanmasıdır. Ukraynanın dünya ölkələri tərəfindən daha çox dəstəyə ehtiyacı var. Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunmalıdır”, – deyən Podolyak əlavə edib ki, Prezident Zelenski tərəfdaş ölkələrin liderləri ilə daim təmasdadır.

