Millimizin rəqibinin daha bir futbolçusu zədələnib
Martın 21-də Azərbaycan millisi ilə Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda qarşılaşacaq Xorvatiya millisi daha bir aparıcı futbolçusunun xidmətindən məhrum ola bilər.
ARANTV.AZ xəbər verir ki, komandanın İtaliyanın “İnter” klubunda çıxış edən yarımmüdafiəçisi Martselo Brozoviç zədələnib.
26 yaşlı futbolçu A Seriyasının SPAL-la görüşündə zədə alıb və 42-ci dəqiqədə Antonio Kandreva ilə əvəzlənib. Onun UEFA Avropa Liqasında Almaniyanın “Ayntraxt” klubuna qarşı və bazar günü Milan derbisində oynaması sual altındadır.
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç isə onun MRT-dən keçəcəyini və yalnız sabah onun durumu haqda qəti söz bildirəcəyini qeyd edib.
Xatırladaq ki, dünya ikincisi olan Xorvatiya millisində bir neçə aparıcı futbolçu zədə səbəbindən oynaya bilməyəcək.oxu.az

