Bərdədə Nəqliyyat,Rabitə və Yüksək Texnoloqiyalar nazirliyinin əməkdaşlarının daha bir qanunsuz hərəkətləri -VİDE-FOTO Fakt
Nəqliyyat,Rabitə və Yüksək Texnoloqiyalar nazirliyi əməkdaşları
tərəfindən yol verilən daha bir özbaşınalığı əks etdirən video-foto material yayılıb. ARANTV.AZ saytına oxuculardan biri tərəfindən göndərilən kadrlar mart 11-də, səhər 10:40 saatlarında Bərdə şəhər Heydər Əliyev prospekti 77 ünvanında çəkilib.Oxucunun verdiyi məlumata görə, Nəqliyyat,Rabitə və Yüksək Texnoloqiyalar nazirliyi əməkdaşları bu yolda təhlükəli anlar yaşadıb.
Oxucu göndərdiyi video-foto materialda açıq aşkar gösdərilir ki , nəqliyyat müfəttişinin idarə etdiyi maşınların biri piyada keçidinin üstündə dayanıb gediş gəliş yolun kəsib,nəqliyyatının əməkdaşının digər maşını isə düz işıqforun altında saxlayıb araxadan qarşıdan gələn maşınların gediş gəlişinə qəza şəraiti yaradır, sanki Nəqliyyatın əməkdaşları yol hərəkət qaydalarından usaqdırlar.Oxuyucu bildirir ki departamentin maşını qəza şəraiti yaratdıgından ,az qalmışdı bir neçə
avtomobil bir birinə çırpılsın.





